Rusiya ordusu Ermənistanda HƏRƏKƏTƏ KEÇDİ, QIRICILAR HAVALANDI

0
169

Rusiyanın Cənub Hərbi Dairəsinin (HRD) Ermənistandakı hərbi bazasının antiterror qrupunun hərbçiləri təlimlər çərçivəsində Gümrü qarnizonu ərazisində şərti düşmənin hücumunu dəf ediblər.

Bu barədə Rusiya Federasiyası Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, şərti terror qruplaşması təlim keçirmək məqsədi ilə qarnizonun ərazisinə soxulmağa cəhd edib.

Hərbçilər döyüş maşınının atəşinin dəstəyi ilə şərti düşmənin diversiya-kəşfiyyat qrupunu zərərsizləşdirib, həmçinin avtomobil texnikasının partlayıcı qurğularına və ətraf ərazilərə baxış keçirib.

Mənbənin sözlərinə görə, döyüş vəziyyətinin yaradılması üçün müxtəlif simulyasiya vasitələrindən, o cümlədən qeyri-döyüş sursatlarından, tüstü və səs-küylü qumbaraatanlardan istifadə edilib.

Həmçinin qeyd edilir ki, CHD hərbi bazasının əməliyyat-taktiki aviasiyasının “MiQ-29” çoxməqsədli qırıcılarının pilotları Ermənistan səmasında təlim uçuşları həyata keçirib.

Hərbçilər gündüz və qaranlıq vaxtlarda müxtəlif yüksəkliklərdə tək və cüt-cüt döyüş maşınlarının manevr edilməsi də daxil olmaqla müxtəlif tapşırıqları yerinə yetirmək üçün marşrutlar üzrə uçuşlar həyata keçiriblər.

Təlim uçuşları zamanı pilotlar sadə, mürəkkəb və təkmil akrobatik elementlərin performansını da təkmilləşdiriblər.

Rusiya Hərbi Hava Qüvvələrinin aviabazasının uçuşlarına 120-dən çox hərbçi, 20-yə yaxın hərbi və xüsusi texnika cəlb olunub.