Daha 20 ailə Laçın şəhərinə qayıdır

0
310

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Oktyabrın 30-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə – 70 nəfər köçürülür.

Qeyd edək ki, bu günə qədər Laçın şəhərinə 295 ailənin – 1 135 nəfərin köçü təmin edilib.