İstanbulda güclü zəlzələ və sunami olacaq – Akademikdən xəbərdarlıq

0
1113

Türkiyənin Boğaziçi Universitetinin akademiki, dosent Doğan Kəlafət deyib ki, yaxın vaxtlarda İstanbulda baş verə biləcək zəlzələ sunamiyə səbəb ola bilər. 

Kəlafət zəlzələnin maqnitudasının 7,2 bal gücünə çata biləcəyini də bildirib.

Akademik bu barədə Trakya Universitetinin nəzdində Balkan Konqres Mərkəzində təşkil olunan “Bütün istiqamətlərdə zəlzələlər” simpoziumunda deyib.

Xatırladaq ki, bundan əvvəl avqust ayında yaponiyalı seysmoloq və baş mühəndis Yoşinori Morivaki Türkiyədə baş verə biləcək zəlzələlərlə bağlı proqnoz vermişdi. Bu halda söhbət Mərmərə əyalətində baş verə biləcək zəlzələdən gedirdi.

Morivaki qeyd edib ki, 7,6-7,9 bal gücündə zəlzələ baş verə bilər. Bu, 1 il, 1 ay, hətta bəlkə də 1 həftə ərzində baş verə bilər.

O əlavə edib ki, Atatürk Hava Limanı, Zeytunburnu, Küçükçekmece, Avcılar, Büyükçekmece və Fatih, Tuzla, Pendik və sahil bölgələri risk zonaları hesab olunur.

“Biz bunu 1999-cu il zəlzələsi zamanı gördük, çoxlu təlatümlər oldu. Torpaq yumşaqdırsa, bu problemdir, Xətdə də belədir. Bu binalar bir-birinə bağlıdır və hamısı 2000-ci ildən əvvəl tikilib, onlara böyük ziyan dəyəcək”, – deyə alim bildirib.