ŞOK XƏBƏRDARLIQ: ABŞ nüvə müharibəsinə başlayır

0
228

Amerikalı jurnalist Taker Karlson İsrail və HƏMAS arasındakı münaqişə səbəbindən ABŞ üçün nüvə müharibəsi olacağını proqnozlaşdırıb.

O, bu barədə “X” sosial şəbəkəsində məlumat verib.

Jurnalistin fikrincə, İsraillə HƏMAS arasındakı qarşıdurma İran və onun Qərblə müttəfiqləri arasında müharibəyə çevrilə bilər. Belə bir ssenaridə nüvə silahının istifadəsini asanlıqla təsəvvür etmək olar.

Karlson hesab edir ki, Yaxın Şərqdə münaqişənin böyüməsi qlobal iqtisadiyyatın çöküşü və ABŞ-da görünməmiş enerji böhranı ilə müşayiət olunacaq.

Jurnalist həmçinin İrana münaqişəyə müdaxilənin “ağır nəticələri” vəd edən ABŞ senatoru Lindsi Qremi tənqid edib.