Çipslərdə uşaqlar üçün böyük təhlükə: Mütəxəssisdən vacib xəbərdarlıq

0
291

Qablaşdırılmış qida istehlakının son illərdə sürətlə artması ilə, tərkibində qatqılar olan məhsulların başda piylənmə olmaqla bir çox xəstəliyə yol açdığı bildirilir. Mütəxəssislər uşaq və gənclərin tez-tez yediyi çips kimi qablaşdırılmış qidaların zərərlərinə də diqqət çəkiblər.

Daxili xəstəliklər üzrə həkim-mütəxəssis Derya Arğun emala məruz qalmış qidaların istehlakının yaratdığı problemlər haqqında da məlumat verib.

“Xüsusilə böyümə və inkişaf dövründə olan uşaqlarda çips istehlakı olduqca geniş yayılıb. Bu uşaqların daimi olaraq çips yemələri həm onların inkişafına mənfi təsir edir, həm də gələcəkdə onların piylənməsinə səbəb olur. Nəhayət, çips dediyimiz şey xalis formada yağdan ibarətdir. Bir il mütəmadi olaraq çips yeyən uşaq təxminən doqquz kilo çəki alır. Çips istehlakı diabet, yüksək təzyiq, ürək-damar xəstəlikləri və insult kimi xəstəliklərin riskini artırır. Tədqiqatlar göstərir ki, sonsuzluğun demensiya və Altsheymer ilə güclü əlaqəsi var. Bu səbəbdən uşaq vaxtından çips yemək yetkinlik dövründə ciddi xəstəliklərə səbəb ola bilər”.

Həkim-mütəxəssis deyib ki, çipslərin tərkibində çoxlu karbohidrat olduğu üçün çips yedikdə o, qanda şəkərin səviyyəsinin qəfil yüksəlməsinə, sonra isə azalmasına səbəb ola bilər:

“Buna hipoqlikemiya deyilir. Bu hal təkrarlanan aclıq hissi yaradır və insanın daim yemək istəməsinə səbəb olur. Valideynlərə demək istəyirəm ki, əgər uşaqlarının gələcəkdə metabolik xəstəliklər, şəkərli diabet, təzyiq, ürək-damar xəstəlikləri, demensiya kimi problemlərlə üzləşməsini istəmirlərsə, mütləq olaraq onları çipsdən uzaq tutmalıdırlar. Marketdən paketləşdirilmiş çips almaq əvəzinə, özləri sağlam qəlyanaltılar hazırlaya bilərlər”.