Separatçıların erməniləri bilərəkdən ac saxladığı ifşa oldu

0
216

Separatçılar Qarabağın erməni əhalisini bilərəkdən ac saxlayırdı.

Bu barədə faktı erməni bloger Roman Baqdasaryan da təsdiqləyib.

O qeyd edib ki, Qarabağda anbarlar ərzaqla dolu olub.

“Təəssüf ki, Azərbaycan haqlı idi. Qarabağda anbarlar ərzaqla dolu olub. Qarabağın “məmurları” xalqı ac qoyublar. Məsələn, Qırmızı Bazarda Araik Arutyunyanın bir illik günəbaxan yağı ehtiyatı olub”, – deyə o bildirib.

Qeyd edək ki, Qarabağın erməni əhalisinin Xankəndi və digər ətraf rayonları tərk etməsi prosesi Azərbaycan mərkəzi hakimiyyətinə tabe dövlət qurumlarının həmin ərazilərə daxil olması prosesini daha da sürətləndirib.

Xankəndi və ətraf rayonlarda təhlükəsizlik tədbirlərini gücləndirən güc strukturlarının ərazilərə baxış keçirməsi zamanı müxtəlif silah anbarları ilə yanaşı, digər maraqlı bir faktın da üstü açılıb. Həftələrdir guya blokada vəziyyətində “acından ölən” ermənilərin Xankəndidə kifayət qədər un, uşaqlar üçün şirələr, günəbaxan yağı və s. ərzaq məhsullarının olduğu anbar aşkar edilib.