Ermənilərin Qarabağı tərk etmə prosesi BAŞA ÇATDI – İRƏVAN AÇIQLADI

0
234

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli vətəndaşların öz xoşları ilə Ermənistana köçürülməsi prosesi başa çatmaq üzrədir.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat xidməti məlumat yayıb.

Son məlumatlara görə, Qarabağdan Ermənistana 100 514 erməni gedib.

“Artıq Ermənistana getmək istəyən son adamlar da aparılır. Proses məntiqi yekunlaşmaq üzrədir. İntensivlik xeyli azalıb”, – deyə hökumət başçısının mətbuat katibi Nazeli Baqdasaryan brifinq zamanı bildirib.

O qeyd edib ki, daha bir avtobus Qarabağda yataq xəstəsi olan 15 nəfəri götürərək Xankəndidən yola salınıb.

Ermənistan tərəfinin təqdim etdiyi qeyri-dəqiq məlumatlara görə, Qarabağda 120 minə yaxın erməni yaşayırdı. Qarabağda qalan ermənilərin sayı ilə bağlı konkret məlumat yoxdur.