Türkiyədə prezidentliyə namizədliyini geri çəkən siyasətçiyə verilən səslər sayılacaq

0
204

Türkiyənin Ali Seçki Şurası (ASŞ) bir müddət əvvəl prezidentlik yarışından geri çəkilən Məhərrəm İncənin namizədliyi üçün mayın 14-də veriləcək səslərin etibarlı sayılmasına qərar verib.

Bu barədə şənbə günü Şuranın sədri Ahmet Ener məlumat verib.

Onun sözlərinə görə, qurum İncənin müstəqil şəkildə seçkilərdən kənarlaşması məsələsinə baxıb və onun rəsmi təsdiq edilmiş bülletenlərdə namizəd kimi qalması barədə qərar qəbul edib.

Xatırldadaq ki, mayın 11-də Məmləkət Partiyasının lideri İncə prezident seçkilərində iştirakdan geri çəkildiyini açıqlayıb.