Moskvanı qarışdırdılar: Qırmızı meydanda Ukrayna bayrağının rənglərində şarlar peyda oldu

0
156

Kreml yaxınlığında “Ukrayna bayrağı ilə” hava şarları buraxılıb.

Moskvada Qırmızı meydan üzərində pankartla hava şarları atan iki şəxs həbs edilib. Bir sıra məlumatlara görə, polis afişada “ordunu gözdən salan” yazısının olduğunu və orada Ukrayna bayrağının rənglərinin olduğunu düşünüb.

Qeyd olunur ki, ki, mayın 12-də günorta saatlarında “Ukrayna bayrağı olan dörd şar” diqqət çəkib. Şahidlərdən biri polisə bildirib ki, onlar xarici avtomobil görüblər. O, Kremlin yaxınlığında dayanıb, salondan küçəyə şarlar atılıb və sonra avtomobil uzaqlaşıb.

Dərhal avtomobil saxlanılıb. Avtomobildə iki Tacikistan vətəndaşı olub. Onlar bu hərəkətin siyasi addım kimi qiymətləndirilməsinin səhv olduğunu və plakatda “Qızım üçün təşəkkür edirəm” yazısının olduğunu, yazının rənginin çəhrayı-sarı-bənövşəyi olduğunu bildiriblər