Tezliklə peşman olacaqsınız: İqtisadçıdan xəbərdarlıq

0
1854

“Xəbər gündəmini izləyən hər kəs bilməlidir ki, müxtəlif sosial-iqtisadi kataklizmlərin baş vermə sürəti durmadan artır”.

Tanınmış rusiyalı iqtisadçı Valentin Katasonov buna diqqət çəkib.

“Nəzərə almalıyıq ki, dünyada bir çox dəyişiklik baş verir və onların əksəriyyəti son dərəcə mənfidir. Şüuru olan insanlar daha da çətin vaxtların gəlişinə hazırlaşmalı və elə indidən etibarlı maliyyə hava yastığı formalaşdırmağa başlamalıdırlar. Əks halda, böhrana hazırlaşmayanlar geriyə dönüb diqqətsiz davranışlarını düzəltmək üçün çabalayacaqlar”.

Katasonovun fikrincə, iqtisadi fəlakətlə üzləşmək üçün vəsait toplamağın ən yaxşı yolu qızıl almaqdır.

“Növbəti maliyyə apokalipsisinin başlaması əsas dəyər ölçüsü kimi dolların hegemonluğuna son qoyacaq və onun yerini mütləq sarı qiymətli metal tutacaq”, – deyə iqtisadçı proqnozlaşdırıb