Azərbaycan əhalisi Ərdoğanı hansı keyfiyyətlərinə görə dəstəkləyir? – VİDEO

0
146

“İştirakçıların mütləq əksəriyyəti tərəfindən dəstəklənən Rəcəb Tayyib Ərdoğanla bağlı rəyləri nəzərdən keçirdikdə, onların əsas hissəsi, yəni 55,7%-i öz mövqeyini Ərdoğanın Vətən müharibəsində Azərbaycana göstərdiyi dəstəklə əsaslandırıb”.

Bu sözləri aprelin 27-də keçirilən mətbuat konfransında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib.

“Məhz Qarabağ müharibəsində Azərbaycana olan dəstəyinə (55,7%), Azərbaycanın maraqlarını müdafiə etdiyinə (51,1%), liderlik keyfiyyətlərinə 29,4% və digər səbəblər burada vətəndaşlarımızın mövqelərinin formlaşmasına təsir edir”, – deyə Z.Oruc bildirib.