Ermənistan çox çətin vəziyyətdədir, bizi qorumalı olan təhlükəsizlik mexanizmləri indi işləmir. İndi yeni təhlükəsizlik zəmanətləri axtarışındayıq.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Bizi Qərbə meyilli olmaqda ittiham edirlər, lakin Hindistanla da intensiv əməkdaşlıq edirik. Biz müxtəlif sahələrdə, təhlükəsizlik problemlərimizi həll etmək baxımından əməkdaşlıq edirik”, – Qriqoryan bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası siyasi səviyyədə Ermənistanın təhlükəsizlik problemlərini həll edə biləcəyini bəyan etmir