Tavuşda insident zamanı ağır döyülən hərbi komissarın onurğasi sınıb. Ermənistanın Tavuş vilayətinin hərbi komissarı Lernik Ohanyanın dava nəticəsində onurğa sümüyü sınıb.
Məlumata görə, insident bu yaxınlarda Berddə yanacaqdoldurma məntəqələrindən birinin ərazisində baş verib.
Ohanyanla Tavuşun iki sakini – Q.Atoyan və V.Esayan arasında münaqişə olub. Onlar hərbi komissara ağır xəsarətlər yetiriblər.
Faktla bağlı Ermənistan İstintaq Komitəsinin Tavuş vilayəti idarəsində cinayət işi başlanıb