“Hazırda Azərbaycanda gözün buynuz qişası, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları həyata keçirilir”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Mircəlal Kazımi deyib.
O qeyd edib ki, çox vaxt transplantasiya müalicənin yeganə yolu ola bilər:
“Transplantasiya yeni başlandığı zaman köçürülən orqanların sayı məhdud idisə, hazırda gözün buynuz qişası, ürək, ağciyər, böyrək, qaraciyər, mədəaltı vəzi, nazik bağırsaq, aşağı və yuxarı ətraflar, üz, uşaqlığın transplantasiyası icra olunan əməliyyatlar siyahısındadır”.