Pentaqon xəbərdaqlıq etdi: “Məxfi sənədlərin sızması insanların ölümünə səbəb ola bilər”

0
189

“Məxfi sənədlərin internetə sızması insanların ölümünə səbəb ola bilər”.

Bu barədə Pentaqonun sözçüsü Kris Miqer bildirib.

Miqer hesab edir ki, bu sənədlərin sızması ABŞ kəşfiyyatının informatorları üçün ağır və hətta ölümcül nəticələnə bilər.

“Məxfi məlumatların açıqlanması nəinki milli təhlükəsizliyimiz üçün ağır nəticələrə gətirib çıxara bilər, həm də insanların ölümünə də səbəb ola bilər”, – deyə Miqer xəbərdarlıq edib.

Xatırladaq ki, aprelin 7-də Ukrayna müharibəsi ilə bağlı Pentaqonun məxfi sənədlərinin sızması məlum olub. Materiallarda Ukrayna Silahlı Qüvvələrinin vəziyyəti, ABŞ və NATO-nun Ukrayna ordusunu gücləndirmək planları haqqında məlumatlar yer alıb.

Bundan əlavə, sənədlərdə Rusiya Federasiyası və BƏƏ-nin ABŞ və Böyük Britaniya kəşfiyyat orqanlarına qarşı birgə fəaliyyəti, sanksiyalardan yayınmaqda Rusiya və onun vətəndaşlarına yardım haqqında kəşfiyyat məlumatları olub. Həmçinin Misirin Ukraynada müharibədə istifadə üçün Rusiyanı sursatla təmin etmək planları barədə məlumatlar da ortaya çıxıb.