Olaf Şolts: “Almaniya Dağlıq Qarabağı respublika kimi tanımamaqla öz mövqeyini bildirmiş oldu”

0
132

“Beynəlxalq səviyyədə Almaniya öz fikrini bildirdi və Dağlıq Qarabağı respublika kimi tanımadı. Yəni, bununla da öz mövqeyini bildirmiş oldu”.

Bu sözləri Almaniya Kansleri Olaf Şolts Berlində Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında müvafiq sualı cavablandırarkən söyləyib.