Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Beynəlxalq Şahmat Festivalı keçiriləcək

0
139

Azərbaycanın paytaxtı Bakı daha bir mötəbər yarışa ev sahibliyi edəcək.

Azərbaycan Şahmat Federasiyasının (AŞF) yaydığı məlumata görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, AŞF-nin təşkilatçılığı ilə “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan mötəbər turnir “Baku Crystal Hall”da olacaq.

Festivalda şahmatçılar reytinqə uyğun olaraq üç qrup üzrə (A, B və C) mübarizə aparacaqlar. Hər üç qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 55 000 ABŞ dolları təşkil edir. Yarışın A qrupunun qalibi olan şahmatçı 12 min ABŞ dolları və xüsusi hazırlanan kuboku qazanacaq. C qrupunda hər yaş üzrə qaliblər Rumıniyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam ediləcəklər.

Yarışda ilk tur mayın 4-də saat 14:30-da başlayacaq. Festivala mayın 12-də yekun vurulacaq.