ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

0
151

Çərşənbə günü ABŞ hakimiyyəti müxtəlif ölkələrdən olan 22 şəxs və şirkətə qarşı sanksiyalar tətbiq edib.

Vaşinqtonun fikrincə, onlar anti-Rusiya sanksiyalarından yan keçmək cəhdlərində iştirak edir.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Xüsusilə Bolqarıstan, İsrail, Kipr, Latviya və Sinqapurdan olan təşkilatlar “qara siyahı”ya salınıb. Onlar elektron hesablama avadanlığı, müdafiə, ticarət və tikinti sektorları ilə bağlıdır.