Qış mövsümündə immuniteti gücləndirən ən yaxşı məhsullar – FOTO

0
139

“Soyuq havalarda, immunitetin aşağı düşdüyü və bütün xroniki xəstəliklərin getdikcə daha çox ağırlaşdığı bir vaxtda düzgün və balanslı qidalanmaq xüsusilə vacibdir. Soyuq havaların başlaması ilə süfrəmizdən çəkilən lif və vitaminləri də unutmamalıyıq”.

Bu barədə Rusiyanın KDL Federal Tibbi Laboratoriyalar Şəbəkəsinin Tibb şöbəsinin müdiri Olqa Malinovskaya qış mövsümündə orqanizm üçün faydalı qidalardan danışarkən bildirib.

Həkim ilk olaraq duza qoyulmuş kələm yeməyin vacibliyindən danışıb.

“Bu probiotik həzm üçün faydalıdır, “B”, “C” və “K” vitaminləri, fosfor, kalium, sink mənbəyidir”, – deyə o izah edib.

Malinovskaya həmçinin xurma yeməyi tövsiyə edib. Onun sözlərinə görə bu meyvənin tərkibi “B”, “A”, “PP”, “C” vitaminləri, dəmir, kalsium və xüsusilə qalxanvari vəzi üçün vacib olan yodla zəngindir. Mütəxəssis qeyd edib ki, xurma meyvələrində almadan iki dəfə çox faydalı lif var.

“Bir də avokado. Bu çoxları üçün çox tanış məhsul deyil, amma faydalıdır. Onun meyvələrində orqanizm üçün lazım olan polidoymamış yağ turşuları, “C” vitamini, fosfor, maqnezium var”, – deyə ekspert əlavə edib.

Malinovska naringilərdən də danışıb və bildirib ki, bu meyvə “C”, “A”, “E” və “B” vitaminlərinin əla mənbəyidir. Onun sözlərinə görə, mandarinlərin təkcə ləti deyil, həm də qabığında olan efir yağları və flavonoidlərə görə faydalıdır.

“Qurudulmuş qabığı, məsələn, çaya əlavə etməklə və ya yemək bişirərkən qabıqdan istifadə etməklə ondan maksimum fayda əldə etmək mümkündür”, – həkim qeyd edib.