Qarabağ erməniləri: 30 il xəyali dünyada – VİDEO

0
167

2004-cü ildə hind əsilli amerikalı rejissor Nayta Şyamalana tərəfindən çəkilən və tərk edilmiş kiçik Kavinqton kəndindən bəhs edən “Sirli meşə” filmi nümayiş olundu.

Bu barədə Baku TV-nin növbəti süjetində qeyd olunur.

“Hadisə 19-cu əsrdə cərəyan edir. Sehrli meşədə yaşayan kənd sakinləri əcinnələrin əhatəsində olduqlarını və meşə sakinləri ilə hər hansı əlaqənin onlara qaçılmaz ölüm vəd etdiyinə səmimi inanırlar. Lakin bir gün ağsaqqallardan biri meşədə qorxulu canlıların olmadığını və bütün bunların gənclərin kəndi tərk etməməsi üçün uydurulmuş mif olduğunu etiraf edir.

Təxminən eyni ssenari üzrə, amma kinoda yox, real həyatda hadisələr Qarabağ iqtisadi rayonunda cərəyan edir. Daha doğrusu, müvəqqəti olaraq Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan hissədə.

Xankəndidə yaşayan dinc sakinlər ciddi şəkildə inanırlar ki, müasir dünyəvi Azərbaycanda onları edam da olmasa, azından məcburi şəkildə İslamı qəbul etmək məcburiyyəti gözləyir.

Bu barədə jurnalistlərimizlə telefon danışığı zamanı Qarabağda yaşayan ermənilər deyib. Onilliklər ərzində onlara təlqin edilib ki, öldürüləcəklər, Azərbaycanda dəhşətli həyat şəraiti mövcuddur və sair”, – məlumatda deyilir.

Bu barədə daha ətraflı Baku TV-nin süjetində: