Xankəndində son vəziyyət: Vardanyan ermənilərə bunu qadağan etdi

0
155

Ermənistan hakimiyyəti ilə Qarabağda separatçı-terrorçu rejim arasında qarşıdurma yenidən açıq müstəviyə keçib.

Buna səbəb baş nazir Nikol Paşinyanın mətbuat konfransında dediyi fikirlərdir.

Paşinyan açıq şəkildə bildirdi ki, Qarabağdakı separatçı rejim öz taleyini özü düşünməlidir.

Erməni baş nazirin bu sözlərindən sonra separatçılar toplantı keçirərək, bəyanat qəbul edib. Bəyanatda Paşinyan ittiham olunur, Ermənistan hakimiyyətinin mövqeyinin onların “mübarizəsinə” zərər verdiyi qeyd edilir. Qondarma “nazir” Ruben Vardanyan da bildirib ki, “artıq onlar təkdir və tək mübarizə aparacaqlar”.

Bunun fonunda Ermənistan mediasının Paşinyana yaxın seqmentində Vardanyan başda olmaqla separatçılara qarşı kampaniyanın aparılması da diqqət çəkir.

Xankəndində siyasi təşvişlə yanaşı, separatçıların erməni əhalisi üzərində məqsədyönlü şəkildə yaratdığı ictimai təşviş də var. Xüsusilə “ərzaq qıtlığı”, “təczihat problemləri” kimi iddialarla əhalinin gündəlik həyatına ciddi maneələr törədilir.

Son məlumata görə, Vardanyanın göstərişi ilə ermənilərin pul nağdlaşdırılması məhdudlaşdırılıb. Bundan öncə ərzağın talonla verilməsi qərarı verilmişdi.

Ermənistan mediası da yazır ki, bu cür qərarlar əhali arasında məqsədyönlü şəkildə təşvişin yaradılmasına hesablanıb. Bu addımın bir hədəfi “humanitar fəlakət” şousunun yaradılmasıdırsa, digər hədəfi Vardanyanın separatçı rejimdə “hakimiyyəti” ələ almaq istəyidir