Rusiya XİN-dən Paşinyana CAVAB

0
155

Ötən il Ermənistan Müdafiə Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstanda keçirilən təlimlərində iştirak etmək üçün kontingent ayırmamışdı”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bu, təşkilatdakı müttəfiqləri razılaşdırılmış planları yenidən cızmağa məcbur edir və çətinliklər yaradır: “Amma KTMT çərçivəsində işlər davam edir, məsələ öz həllini tapacaq”.

M.Zaxarova, həmçinin söyləyib ki, Rusiya hərbçiləri Ermənistanın təhlükəsizliyinə əhəmiyyətli töhfə verir, onun sərhədlərini qoruyur: “Bu obyektiv reallığı inkar etmək mümkün deyil”.