Araşdırmaya görə, dünya üzrə okeanların temperaturu 2022-ci ildə rekord səviyyəyə çatıb. Bu vəziyyətin iqlim sistemində dərin dəyişikliklərə səbəb olacağı gözlənilir.
Dünyada dərinləşən iqlim böhranı səbəbindən bir çox mənfiliklər yaşanır. İqlim sistemində dərin dəyişikliklərə səbəb olacağı düşünülən başqa bir vəziyyət okean temperaturunda rekord artımdır.
Bir çox elm adamından ibarət bir qrup tərəfindən aparılan araşdırmada, insanların atdığı tullantıların yaratdığı istiliyi özünə çəkən okeanların 2022-ci ildə ən yüksək temperatura çataraq, iqlimdə dərin dəyişikliklərə səbəb olduğu bildirilib.
Qlobal istiləşmənin yüzdə 90-dan çoxunun okeanlara getdiyini ifadə edən Tomas Universitetinin proffessoru Con Abraham deyib ki, okeanların istiləşməsi səbəbindən daha ekstremal hava şəraiti yaşayırıq. Bunun bütün dünyada dəhşətli təsirləri var.
1958-ci ildən əldə edilən qeydlər 1990-cı ildən sonra okeanın temperaturunun əhəmiyyətli dərəcədə artdığını, istiləşmənin sürətləndiyini göstərir.
Araşdırmaya görə, okeanların istiləşməsi və ekstremal hava şəraitinə təsirləri bəşəriyyət xalis sıfır emissiya səviyyəsinə çatana qədər artacaq.
Bildirilib ki, orta enlik Sakit və Atlantik okeanlarında intensiv istiləşmə ilə Şimal yarımkürəsində rekord qıran istilik dalğaları və quraqlıq hadisələri artıb.
Sözügedən araşdırma “Atmosfer elmlərində irəliləyişlər” (“Advances in Atmospheric Sciences”) jurnalında dərc olunub