ÜST toplanır, qərar veriləcək ki… – Pandemiya tarixə qovuşur?

0
194

Ümumdünya Səhiyyə Təşkilatı yanvarın sonunda COVID-19 pandemiyasının qlobal fövqəladə hal kimi statusunun rəsmi olaraq davam edib-etməməsinə qərar verəcək.

Bu barədə ÜST-nin sözçüsü Karla Drisdeyl məlumat yayıb.

Ümumdünya Səhiyyə Təşkilatının komitəsi COVID-19 pandemiyasının hələ də qlobal fövqəladə hal olub-olmamasına qərar vermək üçün yanvarın 27-də toplanacaq.

“Fövqəladə Hallar Komitəsi ÜST-nin baş direktoru Tedros Adanom Qebreisus epidemiyanın BMT agentliyinin ən yüksək xəbərdarlıq səviyyəsi olan Beynəlxalq İctimai Sağlamlıq Fövqəladə halı olub-olmaması ilə bağlı yekun qərarı verəcək”, – deyə sözçü qeyd edib.

Xatırladaq ki, bir neçə aparıcı alim və ÜST məsləhətçiləri bildiriblər ki, Çində yüksək yoluxma səviyyəsi səbəbindən COVID-19 pandemiyasının kəskin mərhələsini ləğv etmək hələ tezdir.

COVID-19 pandemiyası 2020-ci ilin əvvəlində “qlobal fövqəladə vəziyyət” elan edilmişdi