İstanbuldakı terror hücumunun daha bir iştirakçısı Türkiyəyə TƏHVİL VERİLDİ

0
170

Bolqarıstan ötən il noyabrın 13-də İstanbulda, İstiqlal prospektində törədilən terror aktında şübhəli bilinən şəxsi Türkiyə hüquq-mühafizə orqanlarına təhvil verib.

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu T24 telekanalına müsahibəsində deyib.

Nazir bildirib ki, Bilal Həsəni (hücumun planlaşdırılmasına məsul şəxs) Ədirnə vilayətindən götürüb xaricə aparan Xəzni Gəlgənin Bolqarıstanda olduğunu müəyyən etdik. Biz məsələni Bolqarıstan tərəfi ilə müzakirə etdik. Çərşənbə axşamı saat 18:00 radələrində o, Ədirnədə bizə təhvil verildi.

S.Soylu köməyə görə rəsmi Sofiyaya minnətdarlıq edib.