Mövlud Çavuşoğlu Şuşa-Xankəndi yolundakı durumdan danışıb: “Azərbaycan bu məsələdə haqlıdır”

0
161

“Rusiya sülhməramlılarının Laçın dəhlizində sülhü qorumaq missiyası var. Amma digər tərəfdən, Azərbaycan torpaqlarındakı təbii sərvətlərin mənimsənilməsi beynəlxalq hüquqa uyğun deyil. Bu, Azərbaycanın sərvətlərinin oğurlanmasıdır”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müşahidəçi kimi Şuşa-Xankəndi yoluna gedən insanların qarşısının alınması orada qanun pozuntularının olduğunu göstərir:

“Burada əsas vəzifə rusların öhdəsinə düşür. Çünki onlar Laçın dəhlizinin normal formada fəaliyyətinə görə məsuliyyət daşıyırlar. Öhdələrinə düşəni etməlidirlər”.

M.Çavuşoğlu söyləyib ki, Azərbaycan bu məsələdə haqlıdır:

“Ona görə də biz bu haqlı mübarizəsində Azərbaycanı dəstəkləyirik”.