Sürücülərin DİQQƏTİNƏ: Təhlükəli yolların siyahısı

0
166

Noyabrın 24-də, əsasən, gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq bəzi yollarda görmə məsafəsi pisləşəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı-Ələt, Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Quba-Xaçmaz, Quba-Qusar, Qorağan-Qax-Zaqatala, Qaraməryəm-İsmayıllı-Şəki, Ucar-Zərdab-Ağcabədi, Şəmkir-Gədəbəy, Goranboy-Tərtər, Gəncə-Daşkəsən, Gəncə-Samux, Naxçıvan-Şahbuz, Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Həkəri-Zəngilan, Füzuli-Cəbrayıl-Mahmudlu, Xankəndi-Xocavənd, Yevlax-Xocalı-Laçın, Xaldan-Mingəçevir, Bərdə-İstisu, Göyçay-Bərgüşad, Ucar-Zərdab-Ağcabədi, Göyçay-Ucar, Ağsu-Kürdəmir-Bəhrəmtəpə, Salyan-Neftçala, Şirvan-Noxudlu-Salyan, Bəhrəmtəpə-Biləsuvar, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.