Rusiya ilə İran arasında gizli sövdələşmə – “Qərb silahlarının nümunəsi əvəzinə kamikadze-dronlar…”

0
208

“Moskva ilə Tehran arasında 200 milyon avroluq PUA-lar tədarükü barəsində daha bir sövdələşmə baş tutub…”

Rusiya ilə İran arasında gizli sövdələşmə üzə çıxıb… Rusiyanın hərbi təyyarəsi İrana gizli şəkildə nağd 140 milyon avro və ələ keçirdiyi Qərb döyüş sursatının üç nümunəsini-Britaniyanın NLAW tankəleyhinə raketi, Amerikanın “Javelin” tankəleyhinə raketi və Amerikanın “Stinger” zenit raketini çatdırıb. Bu barədə Böyük Britaniyanın təhlükəsizlik sistemində anonim mənbə “Sky News” tekekanalının jurnalistlərinə məlumat verib. Onun sözlərinə görə, avqustun 20-də səhər Tehran hava limanına enən Rusiya təyyarəsində pullar və Qərb silahının nümunələri çatdırılıb.  Bunun əvəzində Moskvaya İranın 160 pilotsuz uçuş aparatı, o cümlədən 100 ədəd “Shahed-136” kamikadze-dronlar verilib.  Son bir neçə gündə Moskva və Tehran 200 milyon avro məbləğində pilotsuz uçuş aparatlarının tədarükü barəsində daha bir sövdələşmə əldə edib, kanalın mənbəyi iddia edib. “Bu o deməldir ki, tezliklə İrandan PUA-ların daha bir iri tədarükü baş tutacaq”, – o, deyib. İnsayder güman edir ki, NLAW, “Javelin” və “Stinger” nümunələri İran mütəxəssislərinə onların öyrənilməsi və surətinin çəxarılması və ya öz prototipi əsasında yaradılması üçün verilib. İran daima Rusiyaya Ukraynaya qarşı müharibədə istifadə edilməsi üçün silah tədarükündə bütün ittihamları təkzib edir.  Oktyabrın sonunda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bəyan edib ki, Tehran hərbi ekspertlər qrupunu Ukraynaya göndərməyə və İran kamikadze-dronlarının bu ölkədə olmasını araşdırmağa hazırdır. İran hakimiyyəti iddia edir ki, Rusiyaya silahı Ukraynada tammiqyaslı müharibə başlamazdan öncə göndərib. Lakin Ukrayna üzərində vurulan İran dronlarında mütəxəssislər bu ilin fevralında istehsal edilən detallar aşkar edib.  Aparatların yığılması və Rusiyaya çadırılması vaxtını nəzərə alaraq, onların 24 fevraldan sonra tədarük edilməsini iddia etmək olar. Xəbər verildiyi kimi, noyabrın 8-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, ehtimal ki, ballistik raketlərin tədarükü barədə razılaşma əldə etmək və Moskva ilə Tehran arasında “dərinləşən tərəfdaşlığı” açıq şəkildə nümayiş etdirmək üçün İrana gəlib.