Dünyada İLK – Süni qan hüceyrələri insanlara köçürüldü

0
202

İngiltərədə elm adamları laboratoriyada yetişdirilən qırmızı qan hüceyrələrini ilk dəfə insanlara köçürüblər. Böyük Britaniyada könüllülər üzərində keçirilən təcrübəni hazırda Kembric Universiteti və Bristol Universitetinin alimləri izləməyə davam edir.

Alimlər dünyada ilk dəfə olaraq insanlara başqalarının kök hüceyrələrindən alınan süni qanın köçürülməsi prosesini həyata keçiriblər.

Bu mərhələdə iki könüllü olub, onlar təxminən 5-10 ml eksperimental qan alıblar. Sonra daha səkkiz könüllü eksperimentə qoşulacaq. Onlara dörd aylıq fasilələrlə dozalar veriləcək.

Təcrübə uğurlu olarsa, o zaman həkimlər nadir qan qrupu olan və ya müəyyən irsi xəstəliyi olan xəstələri müalicə edə biləcəklər.