İlin sonuncu Ay tutulması başladı

0
229

İlin ikinci Ay tutulması başlayıb.

saat 12:02-də yarımkölgəli, 13:09-da qismən, saat 14:16-da isə tam tutulma olacaq.

Tutulmanın maksimumu saat 14:59-a təsadüf edəcək. Saat 15:41-də tam tutulma, saat 17:56-da isə qismən tutulma başa çatacaq.

İlin ikinci tam Ay tutulmasını Asiyadan, Avstraliyadan, Şimali Amerikadan, Şimali və Şərqi Avropanın bir hissəsindən və Cənubi Amerikanın çox hissəsindən müşahidə etmək mümkün olacaq.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulmanın əsas mərhələsi Bakıda görünməyəcək, yalnız son 25 dəqiqə (17:31-17:56) müddətində şərq tərəfdə üfüqdə yarımkölgəli tutulmanı izləmək mümkündür. Yarımkölgəli Ay tutulmasını görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.