Quterreşdən CİDDİ MESAJ: “Dünya “cəhənnəm iqliminə” doğru gedir”

0
193

“Dünya hazırda artan istixana qazı emissiyaları fonunda “iqlim cəhənnəmi” yolundadır”.

Bunu BMT-nin Baş katibi Antonio Quterreş Misirdə keçirilən COP27 iqlim sammitində açılış nitqində deyib.

“Biz itiririk. İstixana qazı emissiyaları artır. Qlobal temperatur yüksəlir. Və planetimiz sürətlə iqlim xaosunu geri dönməz hala gətirəcək uçurum nöqtəsinə yaxınlaşır. Biz “cəhənnəm iqlimi” üçün avtobandayıq və ayağımız qaz əyləcindədir”, – Quterreş bildirib.

BMT-nin Baş katibi iqlim dəyişikliyini əsrimizin həlledici problemi və mərkəzi çağırışı adlandırıb.

“İqlim probleminin səbəbi insan fəaliyyətidir. İnsan fəaliyyəti də həll yolu olmalıdır. Elm birmənalıdır: temperatur artımının 1,5 dərəcəyə qədər məhdudlaşdırılmasının hər hansı imkanı 2050-ci ilə qədər qlobal xalis sıfır emissiyaya nail olmaq deməkdir. Biz geri dönüş nöqtəsinə yaxınlaşırıq. Dəhşətli aqibətdən qaçmaq üçün bütün G20 ölkələri keçidi elə indi – bu onillikdə sürətləndirməlidirlər”, – o vurğulayıb.

Quterreş əlavə edib ki, inkişaf etmiş ölkələr bu məsələdə təşəbbüs göstərməlidir.

O, həmçinin “iqlim həmrəyliyi sazişi”nə dair razılaşmaya çağırıb.