Azad edilmiş ərazilərdə nadir bitkilərin monitorinqi aparılacaq

0
244

“İşğaldan azad edilmiş ərazilərdə qismən də olsa monitorinqlər aparılır. Orada meşələrin vəziyyəti öyrənilir”.

Bunu Meşələrin İnkişafı Xidmətinin şöbə müdiri Vahid Fərzəliyev “Ekspert saatı”nda deyib.

O bildirib ki, ancaq ərazilər tam minalardan təmizlənəndən sonra oradakı nadir bitkilərin vəziyyətinin necə olduğunu monitorinq edə biləcəklər:

“Ərazilər minalardan təmizləndikcə nadir bitkilərin monitorinqləri aparılacaq və qiymətləndirmənin nəticələri ictimaiyyətə açıqlanacaq. Bu zaman bilinəcək ki, Qarabağda olan hansı nadir bitkilərin populyasiyası azalıb, hansının nəsli tükənib”.