“İnterval azaldılmayacaq” – Bakı Metropolitenindən AÇIQLAMA

0
176

“Tətbiq edilmiş qrafik qüvvədədir. Qapıların saxlanması ilə bağlı məqamlar istisna olmaqla, qatarların hərəkətində yubanmalar yoxdur. Xətdə nasazlıq səbəbi ilə çıxarılmış qatar da yoxdur. Sıxlıq var və bu gün üçün təbiidir. Tənzimləmələr üçün bütün qüvvələr səfərbər olunub. Metropolitenin imkanları daxilində nə var, hər birindən istifadə olunur”.

Bu sözləri “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. 

“Amma intervalın azaldılması məsələsini dəfələrlə demişik və siz də bilirsiniz ki, hazırda mümkün deyil. Texniki imkanlar həddindədir. Hətta ehtiyat qatar da verilib və tənzimləməyə qoşulub. Gur saat anlayışı yarım saat da tez başlanıb. Yəni 7:00-dan tətbiq olunur, saat 9:30 deyil, 10:00-a qədər uzadılacaq. Sonrakı saatlar da daimi nəzarətdə saxlanılacaq. Axşam gur saat 17:00-dan başlayacaq, “Qarabağ”ın oyunu da nəzərə alınmaqla, xüsusi tədbirlər görülüb. Lakin metropolitenin texniki imkanlarını aşması qeyri-mümkündür”, – deyə qurum rəsmisi əlavə edib.