Norveç hakimiyyəti Avropa İttifaqının iyulun 21-də tətbiq etdiyi anti-Rusiya sanksiyalarının yeddinci paketinə qoşulub.
Krallığın Xarici İşlər Nazirliyinin müvafiq bəyanatı cümə günü Norveç hökumətinin saytında dərc olunub.
“Aİ-nin 21 iyul 2022-ci ildə qəbul etdiyi sanksiyalar paketi Norveç qanunlarına daxil edilib və bu gün Norveçdə qüvvəyə minir”, – deyə mətndə bildirilir.