Rusiyalı ekspert: “Laçının tam nəzarətə götürülməsi Azərbaycan üçün böyük uğurdur”

0
251

“2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın şəhərinin Azərbaycanın tam nəzarətinə keçməsi böyük uğurdur”.

Bunu müsahibəsində rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

Ekspert bildirib ki, İrəvan Bakı və Moskva qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsini uzun müddət ləngitməyə çalışıb:

“Amma Ermənistan Brüssel vasitəsilə bu planı reallaşdıra və qaçılmaz olan prosesi uzada bilmədi. Hər halda, indiki mərhələdə Ermənistan tərəfinin narazılığına və Moskvaya qarşı iddialarına baxmayaraq, hazırda cərəyan edən hadisələr bundan qabaq həyata keçirilməli idi. Amma erməni siyasətçilərinin “oyunlar”ı bu prosesin ləngiməsinə səbəb olub”.

Bundan başqa, politoloq üçtərəfli bəyanatın müddəalarına əməl etmədiyi təqdirdə Ermənistanı nə gözlədiyini də açıqlayıb:

“Bu yaxınlarda baş nazir Nikol Paşinyan bəyan etmişdi ki, ölkəsi tarixi müttəfiqi olan Rusiyanın Ermənistandan daha çox dəstəklədiyi düşmən dövlətlərlə əhatə olunub. Fikrimcə, bu, əsassız iddialardır. Bütün bu siyasi şikayətlər üçtərəfli bəyanatın həyata keçirilməsinə mane olmayacaq. Ermənilərin Bakı ilə sülh müqaviləsi bağlamaq zərurətini dərk etmələri isə an məsələsidir”.