“Hazırda Laçın rayonunda davam edən yanğın hadisələrində 46 nəfər şəxsi heyət üzvü fəaliyyətdədir”.
bunu 2022-ci ildə Azərbaycan Respublikası ərazisində baş vermiş yanğınlar barədə keçirilən mətbuat konfransında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bildirib.
Onun sözlərinə görə, 31 hektara yaxın meşə və digər ərazidə kol-kos yanıb:
“Hazırda ərazidə doqquz maşın və 46 nəfər şəxsi heyət üzvü fəaliyyətdədir”.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov isə bildirib ki, nazirliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos “Azersky” peyki vasitəsilə Laçın şəhərində yanğınlara dair monitorinq aparılır.