Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə növbəti görüşün tarixi BİLİNDİ

0
254

Avqustda Rusiyanın paytaxtı Moskvada Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaların nümayəndələrinin iclasının keçirilməsi planlaşdırılır.

Bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən məlumat verilib.

“Hazırda məsələlərin ayrıca gündəliyi müəyyən edilməyib”, – deyə ofisdən bildiriblər.

Xatırladaq ki, mayın 24-də Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri- Şahin Mustafayev və Mqer Qriqoryanın sərhəddə görüşü baş tutub. Bu, delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının işi çərçivəsində ilk görüş olub.

Mənbə: Sputnik Ermənistan