Bu gün Qəbələ rayon Nic qəsəbəsinin şəhid İdrisov Ruslanın adına tikilmiş bulagın açılışı oldu.
Bulaq Qəbələ rayon Hərbi şəhərcikdə tikilmişdir.
Tədbirdə Qəbələ rayon icra hakimiyyətinin nümayəndələri, Zaragan iki nömrəli orta məktəbin müəllim və şagird kollektivi, şəhid ailələri, qazilər ,İmam Mehman Şəfiyev, “Xarıbülbül Əbədi Məclisin,” Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri, yazarlar,Hərbi şəhərcikdə yaşayan böyüklü ,kiçikli hər kəs iştirak etdi .
Tədbir Azərbaycanın Dövlət himni ilə başladı, sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Açılışı Şəhidin anası Səfayə İdrisov açdı.
Əməyi keçən hər kəsə öz təşəkkürünü bildirdi.
Şəhid ailələri, qazilər, gələn qonaqlara çıxış üçün söz verildi.
Şagirdlər şeirlər söylədi.
Vaxt var idi, Hərbi şəhərcik rus imperiyasının idi. Heç kim ora gedə bilmirdi.
Bu gün orda Azərbaycan , Türkiyə bayrağı dalgalandı.
Azərbaycanın Dövlət himni səsləndirildi.
Çox qürur verici idi.
Tədbir çay süfrəsi arxasında davam etmişdir.
Təranə Alməmmədova
“Xarıbülbül Əbədi Məclisin,” Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri