Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub

0
231

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

görüşdə Azərbaycan-Türkiyə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı 28 May – Müstəqillik Günündə Azərbaycan və Türkiyə dövlət başçılarının bir yerdə olması qardaşlığımızın rəmzi kimi qiymətləndirilib.

Dövlət başçıları Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalının önəmini qeyd etdilər və bu tədbiri yüksək səviyyədə olan əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndiriblər.

Görüşdə əməkdaşlığımızın bundan sonra da genişlənəcəyi qeyd olundu, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan ilə nahar yeməyi olub.