Sevdiyi qıza görə özünü asdı – Xaçmazdakı intiharın təfərrüatı

0
670

Sevdiyi qıza görə özünü asdı

Xaçmazda intihar hadisəsi baş verib.

Hadisə iyulun 18-də Nərəcan kəndində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Səfərov Mahir Nəbi oğlu özünü asaraq intihar edib.

Əldə etdiyimiz məlumata görə, Mahir sevdiyi qıza görə canına qəsd edib. Belə ki, imkansız ailənin övladı olan Mahirin ailəsi oğullarının sevdiyi qıza elçi getməsinə razı olmayıblar. Buna görə də 25 yaşlı gənc özünü asıb. Hadisədə baş verməmişdən öncə Mahirin sevdiyi  qız onun anasına zəng edərək, oğlanın özünə nəsə edəcəyindən qorxduğunu bildirib. Zəngdən çox keçməyib ki, Mahir özünü asıb. Yaxınları mərhumun ipdən asılmış halda aşkarlayıb. Bu zaman 25 yaşlı gənc çoxdan keçinmiş olub.

Qeyd edək ki, Mahir Səfərovun qardaşının hərbi xidmətdə olduğu bildirilir. Yaxınlarının verdiyi məlumata görə, Səfərovun əsgər qardaşı hadisədən xəbərsizdir.

Emin Səfərov