Bununla bağlı “Yeni Akit” material dərc edib.
Məqalədə qeyd edilir ki, Rusiyanın ən gizli şirkəti olan “Almaz-Antey”in İdarə Heyətinin rəhbəri, Rusiya hərbi sənayesinin istehsal etdiyi “S-300 Favorit” və “S-400 Triumf” raket müdafiə sistemlərinin yaradıcısı və istehsalçısı Azərbaycan əsilli İqor Aşurbəylidir.
Məsələ ilə bağlı Rusiya Araşdırmalar İnstitutu da sosial media hesabında paylaşım edib:
“İqor Aşurbəyli Rusiyada Azərbaycan əsilli elm adamıdır. “S-300” və “S-400”ün yaradıcısıdır”.
Qeyd edək ki, İ.Aşurbəyli 1963-cü ildə Bakıda doğulub. Mühəndisdir və Azərbaycan tarixində xüsusi xidmətləri olan Aşurbəylilər nəslindəndir. Rusiyada qurduğu enerji şirkətinin illərlə rəhbəri olub. 2016-cı ildə UNESCO tərəfindən nanotexnologiya sahəsindəki xidmətlərinə görə medalla təltif olunub.
Xatırladaq ki, Türkiyə uzaq mənzilli raket müdafiə sistemini gücləndirmək üçün hazırda Rusiyadan “S-400” zenit-raket komplekslərinin tədarükünü davam etdirir.