Klublarımız Avroliqada cavab oyunlarına çıxır

Klublarımız Avroliqada cavab oyunlarına çıxır

 

Aftandil Hacıyevin baş məşqçi olduğu komanda Rumıniyada “Universitatya”nın qonağı olacaq.

Krayova şəhərindəki “İon Oblemenko” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Bu komandalar arasındakı ilk oyunda “Krayova” qalib gəlib – 3:2. Avrokuboklarda debüt edən “Səbail” mərhələ adlamaq üçün səfərdə qapısını toxunulmaz saxlamaq şərtilə minimum 2 top vurmalı və ya 2 top fərqi ilə qalib gəlməlidir.

“Neftçi” isə “Bakcell Arena”da daha bir debütant Moldova “Sperantsa”sını qəbul edəcək. Görüşün start fiti saat 21:00-da çalınacaq. Kişinyovdakı ilk qarşılaşmada flaqman böyük hesabla qalib gəlib – 3:0. Bu səbəbdən, “ağ-qaralar”ın mərhələ adlaması xeyli realdır. Yalnız 3 top fərqi ilə məğlub olacağı halda, Roberto Bordinin baş məşqçi olduğu kollektiv mübarizəni dayandıracaq.

Avropa Liqası

I təsnifat mərhələsi, cavab oyunları

18 iyul

20:00. “Universitatya Krayova” (Rumıniya) – “Səbail” (Azərbaycan)
Baş hakim: Helqi Mikael Yonasson
Baş hakimin köməkçiləri: Yohan Qunnar Qudmundsson, Brinqeyr Valdimarsson
Dördüncü hakim: İvar Orri Kristyansson (hamısı İslandiya)
Hakim-inspektor: Mehmet Murat İlqaz (Türkiyə)
UEFA nümayəndəsi: Roy Katçart (Şimali İrlandiya)

Krayova, “İon Oblemenko” stadionu
İlk oyun – 3:2

21:00. “Neftçi” (Azərbaycan) – “Sperantsa” (Moldova)
Baş hakim: 
Yulian Veynberger
Baş hakimin köməkçiləri: Maksimilian Kolbiç, Mihael Nemets
Dördüncü hakim: Andreas Heyss (hamısı Avstriya)
Hakim-inspektor: Albano Yanku (Albaniya)
UEFA nümayəndəsi: İvan Lekov (Bolqarıstan)

Bakı, “Bakcell Arena”

İlk oyun – 3:0.