Çempionlar Liqası: Turnirin son qalibi İspaniyanın liderinə qarşı

0
289

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Bugünkü oyunlar İngiltərə və İspaniyada baş tutacaq.

Gecənin maraqla gözlənilən matçı Londonda turnirin son qalibi “Çelsi” ilə hazırda İspaniya çempionatının lideri olan Madrid “Real”ı arasında keçiriləcək. Komandalar arasında sonuncu görüş də ötən il Londonda olub. “Çelsi” Çempionlar Liqasının yarımfinalında “Real”a 2:0 qalib gəlməklə finala çıxıb. Həmin vaxt Timo Verner və Meyson Mauntun qolları “Çelsi”yə qələbə qazandırmışdı.

Gecənin digər matçında “Bayern” İspaniyada turnirin sürpriz komandası “Vilyareal”ın qonağı olacaq. La Liqa təmsilçisi əvvəlki raundda İtaliya nəhəngi “Yuventus”u mübarizədən kənarlaşdırmaqla sensasiyaya imza atıb. Bu komandalar sonuncu dəfə 2011-ci ildə qarşılaşıb. Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İspaniyada keçirilən qarşılaşmada “Bayern” braziliyalı Rafinyanın dublu ilə 2:0 qalib gəlmişdi.

UEFA Çempionlar Liqası

1/4 final (ilk oyunlar)

6 aprel

23:00 “Çelsi” (İngiltərə) – “Real” (İspaniya)

Baş hakim: Kleman Türpen (Fransa)

Oynamayacaqlar: Ben Çilvell (“Çelsi”), Eden Azar, İsko, Luka Yoviç (hər üçü “Real”)

23:00 “Vilyareal” (İspaniya) – “Bayern” (Almaniya)

Baş hakim: Entoni Teylor (İngiltərə)

Oynamayacaqlar: Alberto Moreno (“Vilyareal”), Erik Şupo-Motinq, Buna Sarr, Korenten Toliso (hər üçü “Bayern”)

Oynamaları sual altında olanlar: Samuel Çukvueze, Bulaye Dia (hər ikisi “Vilyareal”)