Toppuş bacının xəstəliyi qaraciyərinə yayıldı

0
355

Xərçənglə mübarizə aparan Əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) xəstəliyi qaraciyərinə yayılıb.

Tünzalə Əliyeva Teleqraf.com-a açıqlamasında səhhətindən danışıb:

“Analizin nəticəsi yaxşı olmadı. Xəstəlik qaraciyərə yayılıb, ağciyər və sümüklərdə isə qalıb. Hər üçü eyni zamanda müalicə olunacaq. Hazırda Milli Onkologiya Mərkəzindəyəm, qan analizi verirəm. Nəticədən asılı olaraq ya kimyaterapiya, ya da əməliyyat olunacam”.