Bakıda “KamAZ” uşağın ayağının üzərindən keçdi

0
265

Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində “KamaAZ” markalı yük avtomobili 2015-ci il təvəllüdlü Ə.H.-nin sağ ayağının üzərindən keçib.

Ağır xəsarət alan azyaşlı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Yaralı əməliyyat olunub, onun sağ ayağı baldır nahiyəsindən amputasiya olunub.

Hadisənin təfərrüatı araşdırılır.