Murovdağ tuneli dünyada ən uzun tunellərdən biridir-VİDEO

0
314

Azərbaycanda dünyanın ən uzun avtomobil tunellərindən biri inşa edilir

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 16 yol infrastruktur layihəsi həyata keçirilir.

Bu yolların da ümumi uzunluğu 1600 kilometrdən çoxdur. Bu layihələrdən biri də, hansı ki, ən vacib layihələrdən hesab olunur. 80,4 kilometr uzunluğu olan Toğanalı-Kəlbəcər-İstisu Avtomobil yoludur ki, hazırda inşası davam etdirilir.

Ömər aşırımı deyilən ərazi də məhz bu ərazidə yerləşir ki, artıq burada da genişləndirmə işləri aparılır. Bu yolun üzərində həm də dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli görülən işlər və tunel barədə xəbər ertəsinə danışıb.