Qırmızı diplomlar – sahibi üçün hansı üstünlükləri var? VİDEO

0
371

Bu gün qırmızı diplom əmək bazarında heç bir üstünlüyü yoxdur…

İqtisad Universitetinin rektoru Ədalət Muradov özünün sosial şəbəkə hesabında belə bir paylaşım edib. Rektor bildirib ki,  fərqlənmə diplomları Sovet dönəmində müəyyən tələbləri ödəyən məzunlara verilirdi. Ancaq indi belə təcrübə tələbələr arasında yanlış motivasiya yaradır.

Reallıq isə deyəsən başqadır. Bu günqırmızı diplomun əmək bazarında rolu olduğunu hələ də düşünənlər var.

Təhsil eksperti Kamran Əsədov isə bildirir ki, fərqlənmə diplomu yalnız növbəti təhsil pilləsinə qəbul imtahanları zamanı namizədin köməyinə çata bilər. 

Bundan başqa, Magistratura pilləsini fərqlənmə ilə bitirənlərə müəllimlərin işə qəbul prosessində də üstünlük verilir.  

Ekspertin fikrincə, ali təhsil pilləsini fərqlənmə diplomu ilə bitirən məzunlara əmək bazarında da üstünlük verilməlidir. 

Təhsil Nazirinin Müşaviri Nicat Məmmədli deyir ki, fərqlənmə diplomlarının verilməsi dünya praktikasında mövcuddur. Bu əsasənmotivasiya xarakteri daşıyır.

Nicat Məmmədlinin sözlərinə görə, diplomun rənginin xüsusi bir önəmi yoxudr. Vacib amil tələbənin həmin diplom üzrə göstəricilərinin yüksək olmasıdır.