“Moşu” koronavirusa yoluxdu

0
425

Tamaşaçıların yaddaşında “Moşu Göyəzənli” kimi qalan aktyor Valeh Kərimov koronavirusa yoluxub.

O, hazırda xəstəxanada olduğunu deyib:

“Koronavirusa yoluxduğum doğrudur. Artıq vəziyyətim yaxşılaşır, sabah da xəstəxanadan çıxıram, inşallah. İki günlük xəstəxanada qalacam, karantin kimi etdilər ki, burada müalicə olunum, elə ciddi bir şey yoxdur. Ağdaşda xəstəxanadayam, bu rayonda işim var idi, ona görə buradaydım. Sabah xəstəxanadan çıxıb Bakıya qayıdacağam”