Dövlət Neft Fondu Türkiyə Mərkəzi Bankına 1 milyard avroluq depozit yerləşdirib

0
296

Dövlət Neft Fondu tərəfindən cari ilin yanvar ayında ümumi həcmi 1 milyard avro və qaytarılma müddəti 6 ay təşkil edən depozit mərhələli şəkildə Türkiyə Mərkəzi Bankında yerləşdirilib.

Bu barədə  Dövlət Neft Fondundan məlumat verilib.

Bildirilib ki, Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verən bu yatırım ARDNF-nin investisiya strategiyası və Qaydaları çərçivəsində həyata keçirilmiş və 27 yanvar 2022-ci il tarixində yekunlaşdırılıb.