Azərbaycanın Mərkəzi Bankı Türkiyə Mərkəzi Bankı ilə svop əməliyyatları haqqında heç bir danışıq getmir.
Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, Türkiyə Mərkəzi Bankı ilə yalnız milli valyutata hesabalaşmalarla bağlı danışıqlar aparılıb:
“Bu əməliyyatların həyata keçirilməsində bəzi texniki problemlər var. Bunların aradan qaldırılmasına çalışırıq”, – deyə baş bankir bildirib